Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
23 Aprel , 2018
Aprelin 20-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə ”Bir qəlbin qələmə etirafları” başlığı altında yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüş təşkil olundu.
Görüş Xətai rayon 17 saylı tam orta məktədbə təşkil olundu.
Tədbirdə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Xətai rayon 17 saylı məktəbin müəllim, şagird kollektivi və başqa qonaqlar iştirak etdilər..
Tədbiri giriş sözü ilə açan Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı G.Quliyeva ilk növbədə Elxan Elatlıya dəvəti qəbul edib gəldiyinə görə və oxucularımıza belə gözəl anlar bəxş etdiyi üçün dərin minnətdarlığını bildirdi və öz çıxışında, müasir Azərbaycan ədəbiyyatında, detektiv janrında, onlarla bənzərsiz əsərin müəllifi, geniş oxucu kütləsinə malik olan, dəyərli, oxucuların sevimlisi, hər zaman gənclərə dəstək olan yazıçı Elxan Elatlının həyat və yaradıcılığından danışdı.
Sonra söz müasir Azərbaycan ədəbiyyatının dəyərli nümayəndəsi yazıçı Elxan Elatlıya verildi. O, öz çıxışında həyat və fəaliyyətindən söz açdı, tədbir iştirakçılarına bu illər ərzində yazmış olduğu əsərləri haqqında söhbət açdı və oxucularla görüşə gəlməyi özünə borc bildiyini söylədi.
Daha sonra yazıçı oxucuları maraqlandıran sualları cavablandırdı və yazdığı əsərlər haqqında onların fikirlərini və ürək sözlərini dinlədi.Yazar öz yenicə işıq üzü görmüş bir neçə kitabını Səməd Vurğun adına Xətai rayon Mərkəzi Kitabxanasına hədiyyə etdi. Bu hədiyyə oxucuların sevinc və marağına səbəb oldu.
Sonda ”Bir qəlbin qələmə etirafları” başlığı altında sərgiyə baxış keçirildi və yazıçı Elxan Elatlı ilə xatirə şəkilləri çəkildi.
Foto Qalereya