Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
23 Aprel , 2018
23 aprel tarixdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mərkəzi Kitabxanasında "Kitab ətri" layihəsinin sonuncu dəyirmi masası təşkil edildi.
İlk öncə tədbiri giriş sözü ilə Nizami rayon 62 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi A.Qafarova açaraq, tədbir iştirakçılarını salamladı və bugünki tədbiri açıq elan etdi.
Bu son layihə olduğu üçün uşaqlara arasında kiçik bir imtahan edildi. Vərəq, qələm paylanıb,oxuduqları kitab haqqında qeydlər apardılar.
Tədbirin sonunda Xətai rayon MKS-in uşaq şöbəsinin əməkdaşı T.Quliyeva bu layihə başlayan vaxtdan layihənin sonunadək kitabxanaya gələn oxucuların adlarını qeyd etdi və onları fəxri fərmanla təltif etdi. Və uşaqlara gələcək həyatlarında uğurlar arzuladı.
Sonda kollektiv şəkillər çəkildi.
Foto Qalereya