Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Filial № 2
10 May , 2018
Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin 2 saylı filialında Şuşa şəhərinin işğalı ilə bağlı “Qan yaddaşımız Şuşa” başlığında tədbir təşkil olundu.
Tədbirdə Azərbaycan Dövlət Televizya və Radiosunun əməkdaşı, qiraətçi Eldost Bayram, AYB-nin üzvləri Qəzənfər Məsimoğlu, Mənsurə Qaçayqızı, Əzizə Ağahüseynqızı, Tahirə Məğrur, Sevinc Arzulu, Hüsniyyə İsmayıllı, Xalçaçı, rəssam Minarə Bayramova, həkim-kordioloq Rahilə İsmayılova, Aşıq Cavanşir Quliyev, Şuşa şəhər sakinləri, Xətai rayon MKS-nin əməkdaşları, Xətai rayon məktəbliləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin 2 saylı filialının əməkdaşı Sevinc Musayeva qeyd etdi ki, “Biz bu gün vətənimizin dilbər guşəsi olan Şuşanın işğalına həsr olunmuş tədbirə yığışmışıq.26 il bundan öncə mənfur düşmənlərimiz havadarlarının köməyi ilə Şuşa şəhəri işğal olundu.Şuşamız əldən getdi. Və 26 ildir biz Şuşasız yaşayırıq.”
Daha sonra çıxış edən natiqlər belə fikirlər söylədilər ki, Şərqin ilk dramaturgiyasının bünövrəsi Azərbaycanda qoyulub.Eləcə də milli operanın beşiyi Azərbaycandır. İlk professional orkestr da bizim vətəndə dünyaya səs salıb. Maraqlıdır ki, bu ölməz sənət abidələrinin bünövrəsini qoyanlar məhz Şuşa ilə bağlı olublar. Bu dilbər diyardan pərvazlanıblar.
Çıxış edən Azərbaycan Dövlət Televizya və Radiosunun əməkdaşı, qiraətçi Eldost Bayram vurğuladı ki, Şuşanı yalnız şeir,muğam, mahnı beşiyi kimi taımaq çox azdır.Şuşanın abu-havası, iqlimi bambaşqadır. Şuşa dağlarının məğrurluğu, gül-çiçəyinin zümzüməsi, şəlalələrin şırıtısı oqədər qeyriadidir ki, onu olduğu kimi yaratmaq çox çətindir. Loğman şəhəri idi Şuşa. Dərmansız iynəsiz insanları müalicə edirdi, həyata qaytarırdı. Sovetlər dövründə dava-dərman təsir etməyən xəstələrə deyərdilər ki,:”Get bir neçə gün Şuşada qal. Qoy Qarabağın havası səni sağaltsın.” Neçə-neçə yaşlı insandan bu etirafı eşitmişik.”İndiyə kimi Şuşanın hesabına yaşayıram.”
Tədbir zamanı Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərinə həsr olunmuş şeirlər və aşıq havaları səsləndi.
Sonda xatirə şəkilləri çəkildi.
Foto Qalereya