Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
21 May , 2018
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mayın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış şair-dramaturq Hidayət Orucovun əsəri əsasında səhnələşdirilən “Ömürdən uzun gecə” yeni tamaşasının premyerasını təqdim edəcək.

Teatrın mətbuat katibi Teymur Bayramov AZƏRTAC-a bildirib ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir.

Rollarda Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova və başqaları çıxış edəcəklər.