Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
25 May , 2018
Mayın 29-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cümhuriyyət tələbələri” adlı sənədli filmin təqdimatı keçiriləcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında “Salnaməfilm” studiyasında çəkilən ekran əsəri Cümhuriyyətin təhsil almaq üçün xaricə göndərdiyi tələbələrə həsr olunub.

Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Dilqəm Əhməd və Tahir Əliyev, operatoru Əminə Həsənli, baş məsləhətçisi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynovdur.