Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
29 May , 2018
Həyatı
Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə anadan olmuşdur. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir.1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə , 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Teatr sahəsindəki rolları
1. Reyhan - («Ərizə», Əli Əmirli)
2. Fira - («Məhəbbət, Şeytan və Lambada»,Marat Haqverdiyev)
3. Fira - («Ləyaqət», Marat Haqverdiyev)
4. Femida - («Cəza», Əli Əmirli)
5. Gülyanaq - («Ağ div, Qara div», Əli Səmədli)
6. Diva - («Cənnətin üç alması», Nicat Kazımov)
7. Sona - («Ağ Dəvə», Elçin)
8. Dayə - («Ələddinin sehrli çırağı», Nicat Kazımov)
9. Küpəgirən - («Mağara», Aygün Həsənoğlu)
10. Kleya – («Ezop», Qilyerme Fiqeyredo)
11. Jannina – («Məzəli hadisə», Karlo Qoldoni)
12. Ana qaz – («Ana qaz», Rəsul Rza)
13. Xavər – («Olmuş əhvalat», Aqşin Babayev)
14. Pəri cadu – («Pəri cadu», Əbdürrəhim bəy Haqverdiyev)
15. Zeynəb – («Məkkəyə gedən yol» C.Məmmədquluzadə)
16. Mələk («Mən səni sevirəm – M.S.S» Ə.Əmirli)
17. Ledi Montekki («Romeo və Cülyetta» U.Şekspir)
18. A – («Mən gəldim, qızlar» L.Nuren)
19.Zərnigar - («Miras» H.Mirələmov)
19 Gültəkin Sarabiskaya- («Qatarın Altına Atılan Qadın», Afaq Məsud)-Akademik Milli Dram Teatrının səhnəsində
Filmoqrafiya
Araqarışdıran (film, 1987)
Kişi sözü (film, 1987)
Sahilsiz gecə (film, 1989)
O dünyadan salam (film, 1991)
Etiraf (film, 1992)
Hökm (film, 1994)
Ana qaz (film, 2005)
QAZ (film, 2005)
Məhkumlar (film, 2007)
Azarkeş (film, 2008)
Bir ovuc torpaq (film, 2009)
Ölüm növbəsi (film, 2009)
Məhkumlar (2012)
Tək olanda qorxma... (teleserial, 2013)
Zəng (film, 2014)
Vicdan haqqı (teleserial, 2016)
Ögey ana (teleserial, 2017)