Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
31 May , 2018
Mayın 31-də Bakı Şəhər Mədəniyyət İdarəsinin Xətai rayon MKS-nin 4 saylı filialının təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar “Şanlı tarix” başlığı altında tədbir təşkil olundu.
Tədbirdə tədqiqatçı-alim, publisist Babaxan Niyazlı, filalogiya üzrə fəlsəfə elmləri doktoru Tahir Şirvanlı, ədəbiyyatşünas Mərdan Camalov və Xətai rayon MKS-nin əməkdaşları iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin 4 saylı filialının əməkdaşı Sevinc Kazımova ilk öncə qonaqları və iştirakçıları Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik etdi və qeyd etdi ki, Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları haqqında film nümayiş olundu.
Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika günü olaraq təntənə ilə qeyd edir.
Sonda xatirə şəkilləri şəkildi.
Foto Qalereya