Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
1 İyun , 2018
İyunun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin kollektivi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq 217 saylı uşaq baxçasınnın əməkdaşları ilə birgə bayram tədbiri təşkil etdilər.
Xüsusi tərtibatla bəzədilmiş baxçanın həyətində bayram əhval-ruhiyyəsi hökm sürürdü.
İlk öncə 217 saylı uşaq baxçasının müdiri Xalidə Hüseynova bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
Daha sonra Xətai rayon MKS-in Uşaq şöbəsinin müdiri Şahnaz Cəlilova da körpə balaları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı və qeyd etdi ki, uşaqlar bizim gələcəyimizdir. Ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi uşaqlarımızı necə tərbiyə edəcəyimizdən asılıdır. Uşaqlar bizim bu günümüz və sabahımızdır.
Bayram şənliyində iştirak edən uşaqlar şeirlər, mahnılar, səhnəciklər göstərdilər. Tədbirə dəvət olunan Kloun öz maraqlı çıxışları ilə uşaqları sevindirdi və tədbiri daha da rəngarəng etdi.
Uşaqlar üçün təşkil olunmuş bayram tədbiri onların böyük sevincinə səbəb oldu.
Qoy həyatınız günəş kimi parlaq olsun əziz uaqlar!
Foto Qalereya