Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
8 İyun , 2018
Teatrdan bildirilib ki, iyunun 9-da Ş.Perronun “Çəkməli pişik”, iyunun 10-da isə teatrın səhnəsində ilk dəfə “Tənbəl Əhməd” tamaşasının qəhrəmanları məktəblilərin görüşünə gələcək. Axşam seansında iyunun 9-da Füzulinin “Leyli və Məcnun” əsəri əsasında eyniadlı tamaşa, iyunun 10-da isə “Magiya+Şou” adlı əyləncəli musiqili gecə təqdim ediləcək.
Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılanan səhnə əsərlərində rolları Əməkdar artistlər Elşən Rüstəmov, Nofəl Vəliyev, Nicat Kazımov, Leyli Vəliyeva, Rasim Cəfər, Almaz Mustafayeva, Vahid Əliyev, Nəsibə Eldarova, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Elnur Hüseynov, Asya Atakişiyeva və başqaları ifa edirlər.