Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
12 İyun , 2018
İyunun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Ramazan bayramı ilə əlaqədar “Uca dərgəha salam apar” başlığı altında tədbir təşkil olundu.
Tədbirdə Xətai MKS-in əməkdaşları və Əhmədli Dini İcmasının nümayəndəsi Ülkər Qəhrəmanova iştirak etdilər.
Tədbiri giriş sözü ilə Xətai rayon MKS-in əməkdaşı olan Fərəhnisə Məmmədova açaraq, tədbir iştirakçılarını salamladı və Ramazan bayramı münasibətilə təbrik etdi və bu müqəddəs bayramla əlaqədar öz fikirlərini bildirdi.
Sonra Əhmədli Dini İcmasının nümayəndəsi Ülkər Qəhrəmanova İslamda ilin ayları arasında Ramazan ayının ən şəfaqətli və ən müqəddəs ay hesab edildiyini söylədi və Ramazan ayının tarixindən, ənənələrindən, Ramazan bayramının məqsədindən və bayramın qaydalarından danışdı.
Daha sonra Xətai rayon MKS-nin əməkdaşları müqəddəs Ramazan ayı haqqında öz fikirlərini söylədilər.
Foto Qalereya