Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
13 İyun , 2018
İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 15 iyun Qurtuluş günü münasibətilə əlaqədar “Xalqın qurtuluş və özünü təsdiq tarixi” başlığı altında tədbir təşkil olundu.
Tədbirdə ehtiyatda olan zabit mayon Qədir Yunisov, Xətai rayon MKS-nin əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin əməkdaşı Şamoy Orucov qeyd etdi ki, Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyungünündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.
Qonaq qismində iştirak edən ehtiyatda olan zabit mayon Qədir Yunisov Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb: O, bildirdi ki, “Məhz 1991-1993-cü illərdə yaşanan sarsıntı və təlatümlər göstərdi ki, yalnız fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik lider milli müstəqilliyi qorumaq və yaşatmaq kimi çətin missiyanın öhdəsindən gələ bilər. 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yaratdı, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.
Daha sonra çıxış edən natiqlər bu bayramın tarixindən danışdılar.
Sonda 15 iyun Qurtuluş günü münasibətilə əlaqədar “Xalqın qurtuluş və özünü təsdiq tarixi” başlığı altında sərgiyə baxış keçirildi.
Foto Qalereya