Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
13 İyun , 2018
İyunun 13-də Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin 4 saylı filialının təşkilatçılığı ilə “Zirvəyə aparan yol” başlığı altında söhbət keçirildi.
Tədbirdə “Hədəf kursları”nın tarix müəllimi İlham Bəkirov, Şair, AYB-nin üzvü Qəzənfər Məsimoğu, Xətai rayon MKS-nin əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin əməkdaşı Şamoy Orucov hər kəsi salamladı və bu bayram münasibətilə təbrik etdi. O, söylədi ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.
Sonra “Hədəf kursları”nın müəllimi İlham Bəkirov qeyd etdi ki, 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Tədbirirn sonunda çıxış edən Xətai rayon MKS-nin direktor müavinini Həmidə Məmmədova dedi ki, 1993-cü il 15 iyun tarixixndən Azərbaycan xalqı bu günü Milli Qurtuluş günü kimi qeyd edir.
Şair, AYB-nin üzvü Qəzənfər Məsimoğu da Milli Qurtuluş günü ilə bağlı fikirlərini söylədi və şeirlər səsləndirdi.
Sonda xatirə şəkilləri çəkildi..
Foto Qalereya