Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
13 İyun , 2018
İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialının təşkilatçılığı ilə Əhmədli Dini İcmasında Ramazan bayramı ilə əlaqədar “Allahın ruhuna bürünən sevgi” adlı tədbir təşkil olundu.
Tədbirdə Xətai MKS-in əməkdaşları və Əhmədli Dini İcmasının kollektivi iştirak etdilər.
Tədbiri giriş sözü ilə Xətai rayon MKS-in əməkdaşı olan Fərəhnisə Məmmədova açaraq, tədbir iştirakçılarını salamladı və Ramazan bayramı münasibətilə təbrik etdi və bu müqəddəs bayramla əlaqədar öz fikirlərini bildirdi.
Sonra Əhmədli Dini İcmasının direktor müavini Yeganə İbrahimova, İslamda ilin ayları arasında Ramazan ayının ən şəfaqətli və ən müqəddəs ay hesab edildiyini söylədi və Ramazan ayının tarixindən, ənənələrindən, Ramazan bayramının məqsədindən və bayramın qaydalarından danışdı.
Foto Qalereya