Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
21 İyun , 2018
İyunun 21-də Bakı Şəhər Mədəniyyət İdarəsinin şəbəkəsində daxil olan Xətai rayon MKS-in Mərkəzi Kitabxanasında 26 İyun – Azərbaycan Silahlı Qüvvələr günü ilə əlaqədar olaraq “Ordu-dövlətin dayağıdır” adlı tədbir təşkil olundu.
Tədbirdə ehtiyatda olan hərbiçi, tarixçi, Qarabağ Müharibəsi iştirakçısı Fikrət Hüseynov və Xətai rayon MKS-in əməkdaşları iştirak etdilər.
Tədbir Azərbaycanın Dövlət himni ilə başlandı.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-in əməkdaşı Şamoy Orucov tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etdi və ordumuzun şanlı tarixindən, onun yaradılmasında Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışdı.
Daha sonra Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş film nümaiş olundu.
Qonaq qismində iştirak edən ehtiyatda olan hərbiçi, tarixçi, Qarabağ Müharibəsi iştirakçısı Fikrət Hüseynov Dahi rəhbər Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi işlərin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan ordusu regionda ən güclü ordu olduğunu qeyd etdilər.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Foto Qalereya