Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
22 İyun , 2018
İyunun 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan Xətai rayon MKS-in Mərkəzi Kitabxanasında Narkomaniya ilə mübarizə gününə həsr olunmuş “Bəşəriyyətin faciəsi” adlı tədbir təşkil olundu.
Tədbirdə “Ultra-Med” tibb mərkəzinin Fizioterapevt-revmatoloqu Ziba Hüseynova, Xətai rayon MKS-in əməkdaşları və oxucuları iştirak etdilər.
Dəyirmi masa Narkomaniya ilə mübarizə aparmaq üçün maarifləndirmə məqsədi ilə təşkil olunmuşdur.
Tədbir Narkomaniyanın necə bir bəla olduğunu və onun törərdiyi fəsadları əks etdirən vidio-slaydla başladı.
Tədbiri giriş sözü ilə başlayan Xətai rayon MKS-in əməkdaşı Fərəhnisə Məmmədova narkomaniya ilə mübarizənin aparılmasında, gənclərimizin bu mövzuda maarifləndirilməsində, bu bəlaya qarşı təbliğatın gücləndirilməsində mədəniyyət müəssisələrinin də rolunun böyüklüyünü, Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac duyulduğunu söylədi.
Xətai rayon MKS-nin digər əməkdaşları da bu mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər və narkomaniyanın nə qədər böyük bir bəla olduğundan, ailələrə gətirdiyi bəla və bədbəxtlikdən ürək ağrısı ilə danışdılar.
Daha sonra tədbirdə qonaq qismində iştirak edən“Ultra-Med” tibb mərkəzinin Fizioterapevt-revmatoloqu Ziba Hüseynova söylədi ki, Narkomaniya problemi, narkotik vasitələrə aludəçilik müasir cəmiyyətin üzləşdiyi ən böyük bəlalardan biridir. Bəzən hər hansı insanın narkomana çevrilməsini onun iradəsinin zəifliyi ilə izah etməyə çalışırlar. Bu müəyyən mənada doğru yanaşma olsa da, heç də narkomaniyanı doğuran yeganə səbəb deyil. Narkotik vasitələrdən istifadə edənlərin cins və yaş tərkibinin müxtəlifliyi, bu mənfi təmayülün - ağ ölümün getdikcə daha çox insanı əhatə etməsi problemi doğuran səbəblərin daha mürəkkəb və çoxsaylı olduğunu göstərir. Başqa sözlə, narkotik vasitələr hissləri, əhval-ruhiyyəni, düşüncəni kəskin dəyişməyə qadirdir. Belə maddələr ardıcıl olaraq, bir neçə dəfə istifadə olunduqda insanda böyük aludəçilik - fiziki və psixoloji asılılıq yaradır, insanın səhhətinə, sağlamlığına, düşüncəsinə və həyat tərzinə olduqca mənfi təsir göstərir.
Tədbir diskusiya şəklində keçdi. Sonda Fizioterapevt-revmatoloq Ziba Hüseynova tədbir iştirakşılarını maraqlandıran sualları cavablandırdı.
Narkomaniya ilə mübarizə gününə həsr olunmuş “Bəşəriyyətin faciəsi” adlı sərgi gənc oxucular tərəfindən maraqla izlənildi.
Foto Qalereya