Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
27 İyun , 2018
Həyatı
Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış etmişdir. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur:
Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.
Rolları
• Bayram ("Kəndimizin mahnısı", Kərim Kərimov),
• İbişov ("Özümüz bilərik", Şıxaəli Qurbanov),
• Fürzuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə),
• Şubay ("Ulduz", Sabit Rəhman),
• Dadaşbala ("Hicran", Sabit Rəhman),
• Qəmzəli ("Qaçırılmış qız", Cahangir Məmmədov),
• Misir Nəsir ("Lənət sənə, kor şeytan", Firudin Aşurov),
• Orduxan bəy ("Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov)
Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru kimi bir çox rəngarəng obrazlar yaradıb:
• Mindilli ("Nişanlı qız", Sabit Rəhman),
• Hüseynbala ("Cahargah fantaziyası", Kərim Kərimov),
• Luka ("Həyatın dibində", Maksim Qorki),
• Romul Avqustul ("Böyük Romul", Fridrix Dürrenmatt),
• Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı),
• Ağaəli ("Günah", Rəhman Əlizadə),
• Mirzə Həbib ("Sərgüzəşti-vəziri-xani Lənkəran", Mirzə Fətəli Axundzadə),
• Fəriş ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev),
• Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
• Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev),
• Vanya Koxa ("Hökmdar və qızı", İlyas Əfəndiyev),
• Qərib Qulam ("Mənsiz dünya", Nəbi Xəzri),
• Mikayılov ("Tufandan əvvəl", Arif Süleymanov),
• Əsdulla ("Ah, Paris… Paris!..", Elçin),
• Kişi ("Mənim ərim dəlidir", Elçin),
• Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),
• Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin),
• Poloni ("Hamlet", Uilyam Şekspir),
• Sarı ("Varlı qadın", Əli Əmirli),
• Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani)
Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
Mükafatları
• Azərbaycan SSR xalq artisti —
• "Şöhrət" ordeni
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 1995-ci ildə "Şöhrət" ordeni ilə və 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi. Son filmi "Adam ol" filmidir.
Filmoqrafiya
1. 100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100)
2. 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
3. Adam ol! (film, 2005)(tammetrajlı bədii film)-rol: Səyavuş
4. Adam ol! 3 (film, 2007)(tammetrajlı bədii film)(Lider tv)
5. Adı sənin, dadı mənim (film, 1980)(tammetrajlı televiziya tamaşası)(Aztv)
6. Aktrisanın təbəssümü (film, 1974)
7. Bankir adaxlı
8. Belə lazımdır
9. Bəyin oğurlanması
10. Bizim qəribə taleyimiz
11. Cin mikrorayonda
12. Dəvətnamə
13. Evlənmək istəyirəm