Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
29 İyun , 2018
İyunun 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Muğamatım bir dəryadır” başlığı altında tədbir təşkil olundu.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının pedaqoqu, Xalq çalğı alətləri orkestri, “Xatirə” ansamblının solisti Arzu Səlimova, xanəndə, müğənni Gülay Zeynallı, xanəndə, müğənni Zemfira İbrahimova, xanəndə, müğənni Eldəniz Məmmədov, “Xalq ulduzu” musiqili yarışmanın iştirakçısı Emil Məmmədov, “Azərbaycanın səsi” musiqili yarışmanın iştirakçısı Seymur Tağıyev, qirayətçi Zabitə Əhmədova, Xətai rayon İcra Hakimiyyətin nümayəndələri, Xətai rayon Bələdiyyə İdarəsin nüyəndələri, Xətai rayon 95 saylı tam orta məktəbin kollektivi, Xətai rayon MKS-nin əməkdaşları və oxucuları iştirak etdilər.
Tədbirin aparıcısı Xətai rayon MKS-nin əməkdaşı Gülzadə Quliyeva muğamların yaranma tarixindən, şöbə və güşələrin bir-birilə qarşılıqlı əlaqəsindən , musiqi alətlərində istifadə olunan ifaçılıq ştrixlərindən və bir çox başqa xüsusiyyətlərindən bəhs etdi.
Sonra Azərbaycan Milli Konservatoriyasının pedaqoqu, Xalq çalğı alətləri orkestri, “Xatirə” ansamblının solisti Arzu Səlimova,Şərq xalqlarının ənənəvi musiqisinin unikal janrları, o cümlədən Azərbaycan muğamının qorunub saxlanması son onilliklərdə ümumdünya miqyasında diqqət mərkəzinə gətirilmişdir. Bu sənət növlərinin müasir elmin nailiyyətləri səviyyəsində tədqiqi və inkişaf etdirilməsilə bağlı problemlər dünyanın ən nüfuzlu musiqiçiləri və alimlərinin qarşılıqlı əməkdaşlığı və fikir mübadiləsi zərurətini yaratmış, 20-ci əsrin 70-ci illərindən başlayaraq keçirilən mötəbər simpozium və konfranslarda müzakirə edilmişdir.
Daha sonra Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Müşfiq Məmmədov öz çıxışında qeyd etdi ki, bu gün Azərbaycanın muğam sənətinin inkişafı yolunda dövlət səviyyəsində aparılan böyük işlər, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi sayəsində həyata keçirilən muğam layihələri, 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin şifahi ənənəli mənəvi şedevrləri siyahısına daxil edilməsi bu unikal sənət növünün misilsiz bədii dəyərə malik olduğunu, beynəlxalq miqyasda mədəniyyətlərarası əhəmiyyətini bir daha təsdiq edir.
Tədbirin bədii hissəsində mahnılar və muğamlar ifa olundu. Muğam haqqında yazılmış poemalar, şeirlər səsləndirildi.
Foto Qalereya