Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
3 İyul , 2018
Leyla Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olmuşdur. 1989-2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.
30 aprel 2006-cı ildə Crocus Group kampaniyasının vitse-prezidenti və musiqiçi Emin Ağalarov ilə ailə həyatı qurub. Toydan sonra cütlük Moskva şəhərinə köçüb və Leyla Əliyeva orada ictimai fəaliyyət ilə məşğul olmaqa başlayıb. 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 19 dekabr 2007-ci ildə RusiyadaBaku jurnalını təsis edir və həmin jurnalında baş redaktoru olur. 8 may 2008-ci ildə Xocalıya ədalət kampaniyasınıbaşlayır. 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru vəzifəsində çalışır. 18 aprel 2009-cu ildə Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.
2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin İyul ayında Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. 12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.
5 aprel 2013-cü ildə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə mükafatlandırılıb. 1 oktyabr 2013-cü ildə 3-cü dərəcəli "Müqəddəs mələksima knyaqina Olqa” ordeni ilə 20 dekabr 2013-cü ildə isə “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.
2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 30 may 2015-ci ildə Leyla Əliyeva və Emin Ağalarov boşandıqlarını elan ediblər. 20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.