Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
6 İyul , 2018
İyulun 13-dən 23-dək Santyaqoda, Çili Milli Opera Teatrının səhnəsində Cakomo Puççininin “Toska” operası nümayiş etdiriləcək.

Çili Milli Opera Teatrının saytına istinadla xəbər verir ki, səhnə əsərində Baron Skarpianın partiyasını Azərbaycanın Xalq Artisti Elçin Əzizov ifa edəcək.

2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.