Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
11 İyul , 2018
İyulun 12-də tanınmış şair Hüseyn Kürdoğlunun anım günü münasibətilə tədbir keçiriləcək.

Həmin gün “Söz qonağı” Ədəbi Məclisinin üzvləri Xırdalan qəbiristanlığında şairin məzarını ziyarət edəcəklər.

Sənət adamları və oxucuların da iştirakı nəzərdə tutulan tədbirdə şairin ömür yolu, yaradıcılığı haqqında danışılacaq, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qiraət ustası Zülfiyyə Eldarqızının ifasında şairin şeirləri səslənəcək.