Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
27 Avqust , 2018
Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti oktyabrın 11-də gerçəkləşəcək.

Konsert “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq.

Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.

Qeyd edək ki, icrasına cari ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti noyabrın 1-də “Orta mahur” və “Rahab” muğamlarının səslənməsi ilə davam edəcək.