Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
2 Noyabr , 2018
Noyabrın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında unudulmaz bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Filarmoniya və “Mədəniyyət” kanalının birgə təşəbbüsü ilə reallaşacaq tədbirdə sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətərindən danışılacaq, sənət fəaliyyəti haqqında məlumat veriləcək.

Gecədə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək. Respublikanın tanınmış və gənc ifaçılarının iştirak edəcəyi konsertdə bəstəkarın dillər əzbəri olan mahnıları səslənəcək.