Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
30 Noyabr , 2018
Noyabrın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Ultramed” Tibb Mərkəzində 1 dekabr QİÇS-lə mübarizə günü ilə əlaqəda r “Bəşəriyyətin bəlası ” adlı tədbir keçirildi.
Tədbirdə Xətai MKS-in əməkdaşları və Ultramed Tibb Mərkəzinin işçi kollektivi iştirak etdilər.
Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını vurğulayan Fərəhnisə Məmmədova QİCS-lə mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamılıqla mübarizə aparmağın, yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin daim diqqət mərkəzində saxlanılmasının, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi diqqət yetirməyin vacibliyini diqqətə çatdırdı.
Daha sonra Ultramed Tibb Mərkəzinin həkimləri olan Naibə Bəkirova və Ruhiyyə Abdullayeva bu aktual mövzu haqqında öz fikirlərini bildirdilər.
Sonra tədbir diskusiya şəkilində keçirildi və MKS-in əməkdaşları tərəfindən verilən suallar ətraflı cavablandırıldı.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Foto Qalereya