Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
12 Dekabr , 2018
Dekabrın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 3 saylı filial ilə birgə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev zirvəsi” adlı tədbir təşkil olundu.
Tədbirdə Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası “İdeal Sülhün Təbliği Fondu” – nun Vitse prezidenti, Beynəlxalq Sülh Səfiri Əsədulla Qurbanov, AYJB-nin üzvü, əməkdar müəllim Sadiq Xanəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Aynur Tağıyeva, AYB-nin üzvü, şairə, jurnalist, Azərtac-ın müxbiri Zərəngiz Mənsurova, AYB-nin üzvü. şairə, publisist, “Yeni xilaskar” qəzetinin baş redaktoru Şərqiyyə Süleymanlı, AYB-nin üzvü, şairə, tarix üzrə fəlsəfə doktoru Arzu Nehrəmli, AYB-nin üzvü, şair, publisist Surxay Hatəmi, AYB-nin üzvü Cahid Şirvanlı, Azərbaycan Respublikasının xalq artisti Şükufə Musayeva və Xətai rayon MKS-nin əməkdaşları iştirak etdilər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və “Ömrün Heydər zirvəsi” adlı filmi nümayiş olundu.
Sonra tədbirin aparıcısı Xətai rayon MKS-nin baş kitabxanaçısı Ağgül Mərdanova sözünə belə başladı: Heydər Əliyev zirvəsi elə bir zirvədir ki, o zirvəyə heç bir dövlət xadimi nə ucala, nə də çata bilər! Şah duruşlu, şux yerişli, sərrast danışıqlı, aydınbaxışlı, iti zəkalı, şair təbiətli, alim təfəkkürlü, sərkərdə cəsarətli, ən gözəl bəşəri sifətləri öz varlığında birləşdirən bir insan xalqın böyük şərəfi, millətin böyük xoşbəxtliyidir. Bu gün bir daha “Ümummilli, əbədiyaşar lider Şəxsiyyət, Vətəndaş, İctimai xadim, Dahi dövlət Adamı” bütün çalarları ilə yenidən canlandı gözlərimiz önündə.
Daha sonra Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası “İdeal Sülhün Təbliği Fondu” – nun Vitse prezidenti, Beynəlxalq Sülh Səfiri Əsədulla Qurbanov öz çıxışında bildirdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
AYJB-nin üzvü, əməkdar müəllim Sadiq Xanəliyev isə qeyd etdi ki, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasının, xalqın dövlətə inamının, ölkədə hökm sürən sabitlik və dinamik inkişafın əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək dövlətimizi beynəlxalq arenada söz sahibinə çevirib.
Sonra tədbirdə çıxış edən natiqlər müasir Azərbaycan tarixində, dövlətçiliyimizin qorunub saxlanmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Ümummilli liderin xidmətləri barədə ətraflı məlumat verdilər.
Tədbirdə Azərbaycan Respublikasının xalq artisti Şükufə Musayeva, Xətai rayon MKS-nin əməkdaşı Əzizə Balakişiyeva və digər qonaqlar Ümummilli lider Heydər Əliyevin xatirəsinə yazılmış şeirlər səsləndirdilər.
Foto Qalereya