Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
8 Yanvar , 2019
Yanvarın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında AYB-nin üzvü, şair, publisist Qəzənfər Məsimoğlunun 55 illik yubileyi ilə əlaqədar “Sevgisiz ömür olmur” başlığı altında tədbir keçirildi.
Tədbirdə Xətai rayon MKS-nin əməkdaşları, şairin qələm dostları AYB-nin üzvü, şair, publisist, jurnalist, pedaqoq Mədət Coşqun, şairə AYB-nin üzvü Əzizə Ağahüseynqızı, şairə Həcər Qəbələ, şairə Sürəyya Şəms, ADR-nun solisti Hüsniyyə İsmayıllı, AYB-nin üzvü, şair Vəli Qaraçaylı, qiraətçi Meman Mailxanlı, AYB-nin üzvü, şairə Nuridə Misir, AYB-nin üzvü, şair Məmməd Məcidoğlu, AYB-nin, AAB-nin üzvü, şair Adil Cəfakeş, şair Vüsal Ağayev, şair Ramiz Şindidağlı, qiraətçi Səməd Səmədov, şairə Şərqiyyə Süleymanlı, şair Mail Məmmədli, publisist İmarət Məmmədli, qiraətçi Məlahət Fərəcova, şairə Fəridə Əsədova, şair Azad Fərhadoğlu, şairin qızı Natəvan Məmmədova və nəvələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan AYB-nin üzvü, şair Vəli Qaraçaylı şairin işıq üzü görmüş “Kimin yoxsa məhəbbəti, “Əsgirəvan kəndinin səcərələri”, “Mən gözəllik aşiqiyəm”, “Açıl sabahım açıl”, “Sevgisiz ömür olmaz” adlı kitabları haqqında danışdı və şairi 55 illik yubileyi münasibətilə təbrik etdi, ona xoş arzularını çatdırdı.
Daha sonra çıxış edən şairin qələm dostları şairin Azərbaycan poezyasına bəxş etdiyi əsərlərdən danışmış, bu əsərlərin gənclər tərəfindən sevilə-sevilə oxunduğunu bildirdilər, eləcə də şairlə bağlı yadda qalan xatirələrini söylədiər. Sonra qeyd olundu ki, şair Qəzənfər Məsimoğlu poezyasının ozünə məxsus dəsti xətti var.
Yubiley mərasimində şairin qızı Natəvan Məmmədova və nəvələri onun vətənə, məhəbbətə, uşaqlara yazdığı şeir nümunələrindən səsləndirdilər.
Daha sonra yubilyar hər kəsə öz minnətdarlığını bildirdi və poezyaya gəlməkdə ona kömək edən usdadı şair Mədət Coşquna borclu olduğunu qeyd etdi.
Tədbirin sonunda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova şairi yubley münasibətilə təbrik etdi və belə görüşlərin gənc nəslin təlim-tərbiyəsində, mədəni inkişafında və bir şəxsiyyət kimi yetişməyində əvəzsiz rolunu vurğuladı.
Foto Qalereya