Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
10 Yanvar , 2019
Yanvarın 19-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunacaq.

Tədbir Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı və Filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Ölkəmizin azadlığı uğurunda canından keçən şəhidlərimizin xatirəsinin anılacağı tədbirdə qəhrəman oğul və qızlarımızın ömür yolundan bəhs edən fotosərgi də açılacaq.

Vətənpərvərlik ruhunda bəstələnmiş bədii kompozisiyalardan ibarət konsert proqramı ilə davam edəcək tədbirdə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.