Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
16 Yanvar , 2019
Yanvarın 15-də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında İnsan alveri ilə mübarizə mövzusunda “İnsan alverinə yox deyək” başlığı altında tədbir təşkil olundu.
Tədbirdə “Təmiz Dünya Qadınlarına Yardım” İctimai Birliyinin sədri, Hüquq və Media Mərkəzinin əməkdaşı, Fəlsəfə doktoru Mehriban Zeynalova, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Mehriban Abdullayeva, Vəkillər kollegiyasının üzvü Ayət Rüstəmov və Xətai rayon MKS-nin əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin əməkdaşı Gülzadə Quliyeva insan alveri ilə mübarizə mövzusunda məruzəsində qeyd etdi ki, bu gün dünyada insan alveri silah və narkotik alverindən sonra, ən gəlirli biznes hesab olunur. İnsan alveri dünyanın ən əsas problemlərindən biridir. Hər il minlərlə adam, əsasən, qadınlar və uşaqlar, ya öz ölkələrində ya da xaricdə istismar və başqa məqsədlərlə insan alverinin qurbanı olurlar. Bütün göstəricilər qurbanlarının sayının artdığını işarə edir. İnsan alveri əleyhinə fəaliyyət bütün dünyada diqqət mərkəzindədir, çünki o, insan hüquqları və demokratik cəmiyyətlərin fundamental dəyərləri üçün təhlükə yaradır.
Daha sonra “Təmiz Dünya Qadınlarına Yardım” İctimai Birliyinin sədri, Hüquq və Media Mərkəzinin əməkdaşı, Fəlsəfə doktoru Mehriban Zeynalova Аzərbаycаn Rеspubliкаsının vətəndаşlаrı оlаn qаdınlаrın hüquq və аzаdlıqlаrının qоrunmasından, vətəndаş cəmiyyəti quruculuğundа qаdınlаrın kişilərlə bərаbər iştirаkınа nаil оlmаsından, оnlаrı müхtəlif stеrоtiplər və kоmplеkslərdən аzаd olmasında yardım etməsindən, onların bаcаrıq və qаbliyyətlərini inkişаfı istiqamətində dövlət və qeyri dövlət qurumlarlar uğurlu əməkdaşlığından danışdı və sonra qeyd etdi ki, qadın problemlərinin həlli istiqamətindən, daha sonra insan alveri , məişət zorakılığı qurbanlarına ,zorakılığa məruz qalmış qadın və uşaqlara müvəqqəti sığınacaqla təmin edilməsindən bəhs etdi.
Vəkillər kolleqiasının üzvü Ayət Rüstəmov insan alveri ilə mübarizə mövzusuna öz hüquqi fikirlərini söylədi və cəmiyyətdə bu cür halların olmasını qəti şəkildə pislədi.
Sonra Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Mehriban Abdullayeva öz çıxışında ölkəmizdə insan alverinə və zorakılığa qarşı mübarizə sahəsində görülmüş işlərdən, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi və gəncləri bu sosıal bəladan qorumaq ucun maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətinin böyüklüyündən danışdı.
Tədbirin sonunda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova ictimai birliklərinin rəhbərlərinə və vəkilə öz təşəkkürünü bildirdi. İstismar və başqalarının acgözlüyünün nəticəsində həyatları alt-üst olmuş bu ümidsiz adamlara köməklik göstərdiklərinə görə təşəkkürünü bildirdi. Gələcək işlərində onlara uğurlar arzuladı.



.
Foto Qalereya