Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
21 Yanvar , 2019
Yanvarın 21- də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-inin əməkdaşları Xətai rayon 95 saylı tam orta məktəbin kollektivi ikə birgə 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir təşkil etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı.
Sonra “20 Yanvar faciəsi” zamanı qətlə yetirilmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Xətai rayon 95 saylı tam orta məktəbin təşkilatçısı Günay Rəsulova qeyd etdi ki, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamız hər yerində hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir. O, Ulu Öndərin 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rolunu xüsusilə vurğuladı.
Daha sonra Xətai rayon MKS-inin metodisti Fərəhnisə Məmmədova 20 yanvar faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu qeyd etdi, xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən, sovet qoşunlarının dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsindən danışdı və bu faciədə həlak olan və yaralanan həmvətənlilərimiz haqqında statistik məlumat verdi.
Daha sonra tədbirdə çıxış edən natiqlər bu dəhşətli qətl-qiyamı törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışdılar.
Tədbir zamanı “20 Yanvar faciəsi” ni əks etdirən film və məktəblilərinin hazırladıqları bədii kompazisiya nümaiş olundu.
Foto Qalereya