Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
28 Yanvar , 2019
Yanvarın 25-də Bakı Şəhər Mədəniyyət İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında gənc şairə Esmira Günəşin “Günəşin Nuru” adlı antalogiyası kitabının təqdimatı keçirildi.
Ön sözünü Gülnarə Sadiqin yazdığı "Günəşin Nuru" antologiyasında Asif Əliyev, Aysel Nəsirzadə, Ceyhun Şirvani, Çiçək, Çingiz Səmədli, Esmira Günəş, Humay Nur, Xalidə Abdullayeva, İmran Aşiq, Mahir Munis, Manya Səxavətqızı, Mirşən Xəyal, Murad Ömər, Nicat Ağayev, Orxan Əkbərov, Orxan Məmmədov, Saleh Mehdizadə, Tural Nəqşicahan, Vüsalə Hikmət şeirləri dərc olunub.
Layihə rəhbəri Esmira Günəş qeyd etdi ki, “Günəşin Nuru” adlı kitabın təqdimatı Azərbaycanın bütün regiyonlarında təşkil olunacaq. O, ilk təqdimat mərasiminin təşkilində onlara kömək edən Xətai rayon MKS-nin kollektivinə öz təşəkkürünü bildirdi və gənc yazarlara dəstək olduqları üçün minnətdar olduğunu söylədi.
Təqdimat zamanı gənc yazarlar öz şeirlərindən nümunələr səsləndirdilər.Daha sonra tədbirdə iştirak edən şairlər və izləyicilər onlara öz ürək sözlərini söylədilər.
Sonda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova bu gözəl layihənin rəhbəri Esmira Günəşə və gənc yazarlara uğurlar arzuladı.
Foto Qalereya