Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
31 Yanvar , 2019
Yanvarın 29-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Xalq folkloru dərnəyinin üzvləri Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının qanağı oldular.
Onlar ilk öncə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsi ilə tanış oldular. Şöbənin müdiri Şahnaz Cəlilova yeniyetmələrə mütaliə etmənin mühümlüyündən danışdı. O, qeyd etdiki, Kitab oxumaq insan düşüncəsinin, xarakterinin formalaşmasında əsas rol oynayan mənbələrdən biridir. Elmi araşdırmalara görə, kitab oxumaq stressi azaldır, zehni açır, beyni aqressiyadan xilas edir, təbiəti, cəmiyyəti anlama və şərh etmə qabiliyyətini təmin edir. Mütaliə həmçinin məlumat bazamızı artırır, söz xəzinəmizi zənginləşdirir.
Daha sonra Xətai rayon MKS-nin metodisti Fərəhnisə Məmmədova onları kitabxada təşkil olunmuş stend və sərgilərlə tanış etdi və bildirdi ki, Azərbaycan xalqının milli sərvətlərdən biri də onun milli kitabxanalarıdır.Xalqımızın yaratdığı qiyməti tarixi –mədəni ,əbədi-bədii və elmi irsin toplanıb saxlanmasında,nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intelektual mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.
Tədbirin sonunda 1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Xalq folkloru dərnəyinin üzvləri kitabxananın foesində xatirə şəkilləri çəkdirdilər.
Foto Qalereya