Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
4 Fevral , 2019
Fevralın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 2 fevral Gənclər günü münasidətilə “Gənclik ömrün baharı” başlığı altında tədbir təşkil olundu.
Tədbirdə Xətai rayon MKS-nin əməkdaşları, TTFİGHT-nın üzvləri Avropa çempionu Rabil Əzizov, Azərbaycan Respublikasının çempionu Məhəmməd Əliyev iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin Fərəhnisə Məmmədova ilk növbədə gəncləri bu gün münasibətilə təbrik etdi və “Gənclər Günü”nün yaranma tarixindən danışdı.O, bildirdi ki, ikinci dəfə hakimiyyətə gələndən sonra dərhal gənclərlə işə başlayan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu:
Qonaq qismində çıxış edən Avropa çempionu Rabil Əzizov söylədi ki, Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Məhz bütün bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib.
Daha sonra Azərbaycan Respublikasının çempionu Məhəmməd Əliyev qeyd etdi ki, müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar.
Tədbirin sonunda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova Azərbaycanın dövlət siyasətində gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyindən danışdı.
Foto Qalereya