Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
13 Fevral , 2019
Fevralın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları “Beynəlxalq kitab bağışlama” günü başlığı altında aksiya keçirildi.
Aksiyada Xətai rayon MKS-nin əməkdaşları ətraf ərazinin əhalisinə müxtəlif oxucular, şair və yazıçılar tərəfindən kitabxanaya təqdim olunmuş kitabları hədiyyə etdilər.
Qeyd edək ki, 14 fevral - Beynəxalq kitab bağışlama günü təqvimdə ən gənc bayramlardandır. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçıların dəstəyi mühüm rol oynayır. Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.
Kitablarımızı kitabxanaya, uşaq evlərinə, xəstəxanalara və ya kitab kampaniyalarına bağışlayaq. Uzun səyahətlər zamanı oxuyub bitirdiyimiz kitabları avtovağzallara, hava limanlarına və ya başqa yerlərə qoyaq.
Evdə oxuduğumuz və bir daha oxumayacağımızı düşündüyümüz kitabları ayıraq, ətrafımızdakı kitablarla maraqla¬nan insanlara bu kitabları bağışlayaq!
Foto Qalereya