Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
22 Fevral , 2019
Fevralın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Xocalı faciəsinin anım gününə həsr olunmuş yazıçı-şair İradə Əlilinin “Şahidlər danışır” adlı kitabının təqdimatı təşkil olundu. Tədbirdə AYB-nin üzvü, şairə-yazar, “PTİY” İB-nin rəhbəri, BDU-nun müəllimi və bir çox xeyriyyə layihələrinin rəhbəri İradə Əlili, BDU-nun müəllimi, dosent Şəhla Yəhyazadə, QMVƏŞA ictimai birliyinin sədr müvaini Mehman Məmmədov və birliyin digər üzvləri, Xocalı şəhər 2 saylı məktəbin müəllim və şagird kollektivi, Qarabağ müharibəsi veteranı, publisist, yazar Elçin Manafov, şair Surxay Hatem, şair Mayil Məmmədli, şairə Rəna Mərzli, şairə Əzizə Ağahüseynqızı, şairə Naibə Qafanlı, şairə Elmira Aslan, , Milli Konservatoriyanın tələbəsi Əfqan İsgəndərov, Xətai rayon 59, 64, 95, 260 saylı tam orta məktəbin müəllim və şagird kollektivi və Xətai rayon MKS-nin əməkdaşları iştirak etdilər. Tədbir ilk öncə faciə qurabanlarının xatirəsi bir dəqəlik sükutla yad edildi. Tədbirin aparıcısı Xətai rayon MKS-nin baş kitabxanaçısı Ağgül Mərdanova qeyd etdiki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı misli görünməmiş Xocalı faciəsini, Xocalı soyqırımını törətmişlər. Sonra O, İradə Əlilinin “Şahidlər danışır” kitabını təqdim edərək, qeyd etdi ki, bu kitabda Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonu haqqında ensiklopedik məlumat verilib və fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi şahidlərinin xatirələri yer alıb. Daha sonra BDU-nun müəllimi, dosent Şəhla Yəhyazadə bildirdi ki, ön sözü pofessor, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Elmira Süleymanovaya məxsus olan bu kitab geniş oxucu auditoriyası üçün ünvanlanmışdır. Belə ki, dörd dildə nəşr olunmuş bu kitab bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı faciəsini şahidlərin dili ilə bütün dünyaya haray salır. Sonra xocalı sakini, Xocalı şəhər 2 saylı tam orta məktəbin direktoru Fiqurə Rüstəmova və həmin məktəbin müəllimi Rövşən Atakişiyev çıxış edərək, kitab haqqında öz fikirlərini bildirdilər və bu informasiya mübarizəsi zamanında İradə Əliliyə uğurlar arzuladılar. Qarabağ müharibəsi veteranı, publisist, yazar Elçin Manafov isə söylədi ki, XX əsrin ən böyük soyqrım aktı olan Xocalı faciəsindən, o dəhşətli gecənin şahidlərinin dilindən söylənilən həqiqətlərdən danışan bu kitab, inanırıqki, dünyanın nəcib, insani dəyərləri sərhədlərini çəkən bu sahədə söz sahibi olan hər bir səlahiyyətli şəxsi diqqətini bu faciəni törədənlərin cəzalandırılması istiqamətində daha qətiyyətli addımlar atmağa sövq edəcəkdir. Çıxış edən QMVƏŞA ictimai birliyinin sədr müvaini Mehman Məmmədov bildirdi ki, ölkəmizin Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin düzgün siyasəti və Azərbaycan Ordusunun yüksək hərbi qüdrəti sayəsində Xocalımız və bütün işgal olmuş torpaqlarımız düşmən tapdağından azad olacaq. Sonra tədbirdə çıxış edən şair və yazar qonaqlar İradə Əlilinin bu addımını yüksək qiymətləndirdilər . Tədbir zamanı Xocalı və Xətai rayon məktəbliləri ədəbi-bədii kompozisya nümayiş etdirdilər. Sonda çıxış edən Xətai rayon MKS-nin direktoru qeyd etdi ki, Xocalı faciəsini unutmaq sonsuzluğa qədər zaman belə yetməz. Əli qələm tutan hər birimiz başımıza gətirilən bu müsibətlərin yazıya köçürüb gələcək nəsillərə ötürməliyik. Bu gün haqqında yazılan hər bir kitab, şeir, bəstələnmiş musiqi əsəri sabahki tariximizdir.
Foto Qalereya