Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
1 Mart , 2019
Fevralın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illik yubileyi ilə əlaqdar “Xalqına bağlı sənətkar” başlığı altında tədbir keçirildi.
Tədbirdə Qazax Xeyriyyə İctimai Birliyinin fəxri sədri, mühəndis Vidadi Bayramov, Azərbaycan jurnalının baş redaktoru, tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə, publisist, dilşünas, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, ADPU-nun kafedra müdiri , professor, Buludxan Xəlilov, kinorejissor, ssenarist, Azərbaycan Respublikasının "Əməkdar incənət xadimi" Ziya Şıxlinski, “Dəli Kür” kino filminin ikinci operatoru Yuri Varnovski, AYJB-nin üzvü, Qızıl Qələm lauriyatı, beynəlxalq “Rəsul Rza” lauriyatı, prezdent təqaüdçüsü Balayar Sadiq, filoloq, Xalq yazıçısı İsmayıl Şıxlının tələbəsi Mehman Mayılxanlı, Xətai rayon MKS-in əməkdaşları və başqa qonaqlar iştirak etdilər.
Tədbirin aparıcısı Xətai rayon MKS-nin baş kitabxanaçısı Gülzadə Quliyeva Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamını səsləndirdi.
Daha sonra Qazax Xeyriyyə İctimai Birliyinin fəxri sədri, mühəndis Vidadi Bayramov öz çıxışında bildirdi ki, İsmayıl Şıxlı bizim nəslin pərəstiş elədiyi bir insan idi. “Dəli Kür” bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. İsmayıl Şıxlının bütövlükdə bütün yaradıcılığı Azərbaycanın, xalqmızın təbliğinə həsr olunmuşdu. O həmişə bizimlə birgədir, xatirimizdədir”
Publisist, dilşünas, AYB-nin üzvü, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi və qeyd etdi ki, İsmayıl Şıxlı adı çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür.Onun qələmiylə yaranmış bədii şəxsiyyətlər milyonlarla oxucu qəlbində, səhnələrdə, kino-teleekranlarda yaşıyır və həmişə yaşayacaq.
“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə fikirlərini belə söylədi ki, İsmayıl Şıxlı təriflərdən, yalançı şöhrətlərdən uzaq adam olmuşdur. O, şairliyin, yazıçılığın hər adama müyəssər olmayan fitri istedad olduğunu cəsarətlə deyirdi. İsmayıl Şıxlı bizim hamımızı öyrədirdiki, yazıya qarşı tələbkar olmaq, ada-sana yox, əsərin özünə qiymət vermək lazımdır.
Sonra şair Balayar Sadiq çıxış edərək, Xaiq yazıçısı İsmayıl Şıxlı yaradıcılığı haqqında öz fikirlərini bildirdi və qeyd etdiki,O, xalqın minillik ruhunu əsərlərində əks etdirib.
İsmayıl Şıxlınınin tələbəsi filoloq Mehman Mayılxanlı söylədi ki, onun dərs dediyi fənnə sevgisi olmayan tələbələr belə, dərsləri İsmayıl Şıxlıya hörmət və ehtiramdan əla oxuyarmışlar. Çıxışında O, Pedaqoq İsmayıl Şıxlının gənclərə qarşı həmişə qayğıkeş və diqqətli olduğunu vurğuladı.
Kinorejissor, ssenarist, Azərbaycan Respublikasının "Əməkdar incənət xadimi" Ziya Şıxlinski Xalq yazıçısı İsmayıl Şıxlı haqqında xatirələrini bölüşdü və onun müəllifi olduğu İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunmuş sənədli filmi nümayiş etdirildi.
Sonda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova tədbirdə iştiraklarına görə öz və kollektivi adından qonaqlara minnətdarlığını bildirdi və qeyd etdi ki, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin və onun zəngin ədəbi irsinin təbliği məqsədilə kitabxanalarda kütləvi tədbirlər, kitab sərgiləri hər zaman keçirilməlidir.
Tədbirdə həmçinin, “Dəli Kür” filmindən parçalar nümayiş etdirildi və kitab sərgisi təqdim olundu.
Foto Qalereya