Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
4 Mart , 2019
Martın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-in Mərkəzi Kitabxanasının uşaq şöbəsinin əməkdaşları Xətai rayon 217 saylı körpələr evi - uşaq bağçasında oldular.
Xətai rayon MKS-in əməkdaşları Şahnaz Cəlilova, Balakişiyeva Əzizə, Mahmudova Tünzalə körpələr arasında yaddaş, məntiq, diqqət, müşahidəçilik qabiliyyətini sınamaq məqsədi ilə Intelektual oyunlar təşkil etdilər.
Bu cür tapşırıqlar uşaqlara toplanmış bilikləri təcrübədə istifadə etməyi, düşünməyi, faktları müqayisə və analiz etməyi, mümkün nəticələri təsnif etməyi öyrədir. Bu bacarıqlar uşaqların gələcəkdə məktəbdə qazandığı uğurlara təsir edəcək.
Tədbir çox gözəl keçdi. Uşaqlar aktiv iştirak etdilər.
Foto Qalereya