Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
5 Mart , 2019
Martın 4-də Martın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-in Mərkəzi Kitabxanasının uşaq şöbəsinin əməkdaşları Xətai rayon 217 saylı körpələr evi - uşaq bağçasında məşğələ təşkil etdilər.
Məşğələ zamanı uşaqlar kiçik qruplara ayrıldılar. Xətai rayon MKS-nin əməkdaşı Sevinc Musayeva Ana dilindən keçirdiyi məşğələdə uşaqlara ilkin dilin inkişafı, səslərin sözlərdən fərqləndirilməsi, düzgün cümlələr qurulması haqqında suallar verdi.
Məktəbə hazırlıq yaşına çatan uşaqlar şifahi şəkildə hərfləri əzbərdən söylədilər, sualları cavablandırdılar.
Foto Qalereya