Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
8 Aprel , 2019
Aprelin 5-də Bakı Şəhər Mədəniyyət İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 2016-cı ilin Aprel döyüşlərində həlak olan şəhidlərin xatirəsinə həsr olunmuş “Aprel döyüşü qəhramanları” adlı tədbir təşkil olundu.
Tədbirdə Qarabağ Qazisi, ehtiyatda olan döyüşçü, QMƏVŞ İctimai birliyinin üzvü Elçin Manafov, Qarabağ Qaziləri FK və Həmvətənlərə Dəstək İctimai birliyinin sədri, ehtiyatda olan Elmar Hüseynov, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Qarabağ müharibəsi veteranı Əntiqə Qonaq, Aprel şəhidi Baba Yusifovun həyat yoldaşı Yeganə Yusifova, Aprel şəhidi Rəşad Niftəliyevin məzun olduğu Xətai rayon 64 saylı tam orta məktəbin Uşaq Birliyinin rəhbəri Sevda Quliyeva, AYB-nin üzvü, şair-publisist Surxay Hatəmi və Xətai rayon MKS-nin əməkdaşları və oxucuları iştirak etdilər.
Tədbir Azərbycan Respublikasının Dövlət Himni ilə başlandı.
Xətai rayon MKS-nin baş kitabxanaçısı Ağgül Mərdanova tədbiri qəhrəmanlıq haqqında deyimlə başladı: “Anadan olanda heç kim qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur”. Bu baxımdan 2016-cı ilin aprel ayında Azərbaycanın növbəti qəhrəmanları doğuldular.Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər.
Daha sonra Qarabağ Qazisi, ehtiyatda olan döyüşçü, QMƏVŞ İctimai birliyinin üzvü Elçin Manafov öz çıxışında bildirdi ki, aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını, müasir silahlardan peşəkarcasına istifadə bacarığına və yüksək nizam-intizama malik olduğunu bütün dünyaya nümayiş etdirdi.
Qarabağ Qaziləri FK və Həmvətənlərə Dəstək İctimai birliyinin sədri, ehtiyatda olan Elmar Hüseynov isə qeyd etdi ki, aprel döyüşləri ölkə ictimayyətində Azərbaycan Silahlı Qüvvələrinə qarşı dərin inam və güvənc hissi və bir də yüksək əhvali-ruhiyyə formalaşdırdı. Şübhəsiz ki, bu əhval-ruhiyyənin yaranmasında Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qvvələrinin Ali Baş Komandanı İlham Əliyevin müstəsna xidməti vardır.
Sonra çıxış edən Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Qarabağ müharibəsi veteranı Əntiqə Qonaq danışdı ki, ən yeni tariximizin şanlı səlnaməsi olan aprel döyüşlərinin üzərindən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq ölkə ictimaiyyəti bu mövzuda müzakirələrini böyük sevgi və həvəslə davam etdirməkdədir.
Aprel şəhidi Baba Yusifovun həyat yoldaşı Yeganə Yusifova isə qeyd etdi ki, şəhid ailəsi nə qədər çətin olsada, bir o qədərdə şərəflidir.
Sonda çıxış edən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova söylədi ki, 2016-cı ilin aprel ayında igid oğulların qəhrəmanlığı sayəsində azad olunan yüksəkliklərə sancılan Azərbaycan bayrağı biz səbirsizliklə gözləyir və inanırıq ki, bir gün Qarabağımızda, işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq.
Tədbir zamanı aprel döyüşlərində öz canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi, “Döyüş gündəliyi” adlı film nümyiş etdirildi.
Xətai rayon 64 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdilər.
Foto Qalereya