Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
24 Aprel , 2019
Aprelin 23-də Bakı Şəhər Mədəniyyət İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları Ümumdünya Kitab və Müəllif Hüquqları günü ilə əlaqədar “Kitablar aləmində” başlığı altında kitab sərgisi təşkil etdilər.
Qeyd edək ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən başlayaraq ənənəvi şəkildə qeyd edilir. Müəlliflik hüququnun kitabla bağlı olması, başqa sözlə, “Yaradıcıdan – Kitaba, Müəllifdən – Müəlliflik Hüququna” yolu heç də təsadüfi deyil. Məşhur Volterin kəlamı ilə desək, “onlar ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, onlar hamıya məxsusdur”
“Kitablar aləmində” adlı sərgi Xətai rayon əhalisi tərəfindən maraqla qarşılandı.
Foto Qalereya