Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
6 May , 2019
Mayın 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Xətai rayon 261saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş “Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi” adlı konfrans təşkil olundu.
İlk öncə tədbir iştirakçıları məktəbin foyesində Ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr edilmiş sərgi ilə tanış oldular. Sərgidə Ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr edilmiş 96 inşa yazısı, 96 divar qəzeti, Heydər Əliyevə həsr edilmiş 96 kitab, 96 şagirdin əl işləri, 96 rəsm işləri nümaiş etdirildi.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Daha sonra konfrans iştirakçıları Pedaqoji elmlər doktoru, ADPU-nin pofessoru, əməkdar müəllim Rüfət Lətif oğlu Hüseynzadə “Heydər Əlyev nəzəri irsində müəllimlik”, Xətai rayon 261saylı məktəb-liseyin direktoru Abuzər Əsədov “Heydər Əliyev dühası: dahilik, zaman və müasirlik”, Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və humanitar şöbəsinin müdir müavini Məhəmməd İbrahimov “Heydər Əliyev və mədəni irs”, Xətai rayon MKS-nin baş kitabxanaçısı Ağgül Mərdanova “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, Xətai rayon 261saylı məktəb-liseyin müəlliməsi Fidan Dadaşova “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyə edilməsində ən böyük azərbaycanlı-Heydər Əliyev nümunəsi ” adlı məruzələrlə çıxış etdilər.
Tədbir zamanı Heydər Əliyevə həsr olunmuş, “Sən elə bir zirvəsən” , Əfsər Cavanşirov “Mübarək” mahnısı xorun ifasında səsləndi. Sonra -11c sinif şagirdi Səma Rzayeva Z. Yaqub “Bir dahi doğulub gəldi dünyaya” şerini söylədi. 10b sinif şagirdi Səbuhə Yusifova isə Heydər Əliyev- müasir azərbaycanın qurucusudur adlı məruzə ilə çıxış etdi.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Foto Qalereya