Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
8 May , 2019
Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Qarabağ müharibəsi şəhidi Cəbrayılov Rasim Fəzail oğluna həsr olunmuş “Şəhidlər tarixləşən istiqlal tariximiz” adlı tədbir təşkil olundu.
Tədbirdə Qarabağ qazisi, ehtiyatda olan polkovnik, Həmvətənlərə dəstək İctimai Birliyinin sədri, Qarabağ qaziləri futbol komandasının prezidenti Elmar Hüseyn, Xətai rayon 171 saylı tam orta məktəbin direktoru Zenfira Məsimova və məktəbin müəllim , şagird kollektivi, “Şərqin səsi”, “Elm vətəhsil” qəzətinin redaktoru, “Zim .az” saytının xüsusi müxbiri,”Borçalı” Nəşriyyat-Poliqrafiya Müəsssisəsinin ədəbi redaktoru Yunis Qaraxanov, müxbir – jurnalist Gülşad Nurani, 5 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin üzvləri, 1 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin üzvləri, Qarabağ müharibəsi şəhidi Cəbrayılov Rasimin bacısı Məlahət Cəbrayılova, Xətai rayon MKS-nin əməkdaşları iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı.
Daha sonra Vətən uğrunda canlarını qurban vermiiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Xətai rayon MKS-nin metodisti Fərəhxanım Məmmədova tədbiri giriş sözü ilə açaraq, hər kəsi salamladı və tədbirin qəhrəmanı 1991-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Cəbrayılov Rasim Fəzail oğlunun həyat və döyüş yolundan danışdı.
Sonra Qarabağ qazisi, ehtiyatda olan polkovnik, Həmvətənlərə dəstək İctimai Birliyinin sədri, Qarabağ qaziləri futbol komandasının prezidenti Elmar Hüseyn öz çıxışında bildirdi ki, Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Vətənin müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Azad və müstəqil olmayan vətəndə azad vətəndaş ola bilməz. Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Həmin qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.
Daha sonta Xətai rayon 171 saylı tam orta məktəbin direktoru Zenfira Məsimova çıxış edərək, söylədi ki, bəli, əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi anılıblar. Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.
Qarabağ müharibəsi şəhidi Cəbrayılov Rasimin bacısı Məlahət Cəbrayılova çıxış edərək tədbiri təşkil edən hər kəsə təşəkkür etdi və qeyd etdi ki, xain ermənilər Qarabağ savaşına əl atanda heç kim Rasimin qarşısını kəsə bilmədi. Rasim bu sözləri ilə hamını susdurdu: ” Torpaq o zaman vətən olur ki, onu qoruyasan, uğrunda qan tökəsən.”
Tədbirdə çıxış digər natiqlər belə tədbirlərin tez-tez keçirilməsinin faydalarından danışdılar. Onlar qeyd etdilər ki, Azərbaycanda gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onlarda vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət ruhunun aşılanması istiqamətdə həyata keçirilən tədbirlər gözlənilən effekti verir.
Tədbirin bədii hissəsində Xətai rayon 171 saylı tam orta məktəbinin şagirdləri , 5 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin üzvləri və 1 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin üzvlərinin iştirakı ilə səhnələr göstərildi, mahnılar oxundu, şeirlər söylənildi.
Sonda çıxış edən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova fikrini belə ifadə etdi: “Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Bizim hər birimizin ən böyük arzusu qələbədir. İşğal olunmuş torpaqlarımız, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Xalqımız inanır ki, qeyrətinə arxalandığımız, ümidimizi bağladığımız igid oğullarımız bu torpağı xilas edəcəkdir.”
Foto Qalereya