Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
20 May , 2019
Mayın 17-də Bakı Şəhər Mədəniyyət İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonun işğal olunmasının 27-ci il dönümünə həsr olunmuş “Laçına gedə bilsəm” başlığı altında tədbir keçirildi.
Tədbirdə Laçın rayon ziyalısı, şair Pərviz Məlik, Azərbaycan Respublikasının ilk qadın əməkdar, hərbi jurnalisti Əntiqə Qonaq, Xətai rayon 64 saylı tam orta məktəbin şagirdi Aysun Məmmədova, Xətai rayon MKS-nin əməkdaşları və oxucuları iştirak etdilər.
İlk öncə Vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi..
Sonra tədbiri giriş açan Xətai rayon MKS-nin baş kitabxanaçısı Ağgül Mərdanova bildirdi ki, Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 il ötür. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.
Laçın rayon ziyalısı, şair Pərviz Məlik Laçın rayonun tarixi keçmişindən, əhalinin təcavüzkarlara göstərdiyi müqavimətdən, torpaqların müdafiəsi uğrunda şəhid olan həmyerlilərinin qəhrəmanlıqdan danışdı, məcburi köçkünlərə dövlət qayğısının əhəmiyyətindən və işğala tezliklə son qoyulacağına inamını ifadə etdi.
Sonra Azərbaycan Respublikasının ilk qadın əməkdar, hərbi jurnalisti Əntiqə Qonaq hərbi döyüşlərdə gördüyü, şahidi olduğu hadisələrdən danışdı.
Tədbirdə çıxış edən natiqlər məcburi köçkünlərin tezliklə Azərbaycan Respublikasının Prezidenti, Alİ Baş Komandan İlham Əliyevin Qarabağ uğrunda apardığı siyasəti nəticəsində öz doğma yurd-yuvalarıanına qayıdacaqlarına ümid etdiklərinin söylədilər.
Sonda çıxış edən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova bu qəbildən olan tədbirlərin vacibliyini vurguladı.
Tədbir zamanı işğal olunmuş torpaqlar haqqında, “Mən belə ölümün başına dönüm”, “Laçın işğaldan əvvəl” adlı filmlər göstərildi. Tədbirdə həmçinin vətənpərvərlik mövzunda yazılmış şeirlər səsləndirildi.
Foto Qalereya