Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
22 May , 2019
Mayın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin əməkdaşları baş biblioqraf R. Tahirova və böyük kitabxanaçı T. Mahmudova rayon ərazisində Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş səyyar kitab sərgisi təşkil etdilər.
Böyüməkdə olan gənc nəslin yüksək mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyə olunmasında, oxucuların mənən kamilləşməsində Nəsimi irsinin xüsusi əhəmiyyəti vardır. İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsilə əlaqədar olaraq kitabxanaların təşkil etdikləri tədbirlərin, sərgilərin əhəmiyyəti böyükdür.
“Nəsimi 650” başlığı altında təşkil olunmuş səyyar kitab sərgisi rayon əhalisi tərəfindən maraqla qarşılandı.
Foto Qalereya