Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
24 May , 2019
Mayın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanası Xətai rayon 257 saylı tam orta məktəblə birgə böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi 650” başlığı altında tədbir keçirdilər.
Tədbirin aparıcıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarını tədbir iştirakçılarının diqqətinə çatdırdılar və İmadəddin Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.
Xətai rayon MKS-nin sistem inzibadçısı Gülzadə Quliyeva İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğu və onun ədəbi irsi barədə danışdı..
Sonda Xətai rayon 257 saylı tam orta məktəbin direktoru Qarat Qaratov şairin Azərbaycan xalqının mənəviyyat xəzinəsində tutduğu mövqedən, Nəsimi irsinin milli-mənəvi dəyərlərindən, ədəbi irsinin tədqiqi sahəsində məktəbdə görülən işlərdən, tədbirlərdən ətraflı məlumat verdi.
Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər, Nəsiminin qəzəllərindən nümunələr səsləndirdilər. Həmçinin “Nəsimi” filmindən fraqmentlər nümayiş olundu.
Foto Qalereya