Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
29 May , 2019
Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsinin əməkdaşları və oxucuları botanika bağına gəzinti təşkil etdilər.
Asudə vaxtlarını daha əyləncəli və maraqlı keçirməsi üçün Botanika bağına təşkil olunan ekskursiya gənc oxucuların böyük marağına səbəb oldu.
Ekskursiya zamanı Botanika bağının əməkdaşları tərəfindən oxuculara bitkilər və nadir ağaclar haqqında ətraflı məlumat verildi.
Foto Qalereya