Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
7 İyun , 2019
İyunun 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “On bir ayın sultanı” başlığı altında tədbir keçirildi.
Tədbirdə qonaq qismində Əhmədli Dini İcmasının ərəb dili müəlliməsi Qənirə Əiyeva və Xətai rayon MKS-nin əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə Xətai rayon MKS-in əməkdaşı olan Fərəhnisə Məmmədova açaraq, tədbir iştirakçılarını salamladı və Ramazan bayramı münasibətilə təbrik etdi və bu müqəddəs bayramla əlaqədar öz fikirlərini bildirdi.
Daha sonra Əhmədli Dini İcmasının ərəb dili müəlliməsi Qənirə Əiyeva İslamda ilin ayları arasında Ramazan ayının ən şəfaqətli və ən müqəddəs ay hesab edildiyini söylədi və Ramazan ayının tarixindən, ənənələrindən, Ramazan bayramının məqsədindən və bayramın qaydalarından danışdı.
Foto Qalereya