Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
28 İyun , 2019
İyun ayının 27-də Bakı Şəhər Mədəniyyət İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının 120 illki yubileyinə həsr olunmuş “Mən bir susmaz duyğuyam ki...” adlı tədbir təşkil olundu.
Tədbirdə Xətai rayon MKS-nin əməkdaşları və oxucuları, Cəfər Cabbarlı ev muzeyinin direktoru Qəmər Bağırova, Cəbrayıl rayon Mərcanlı kənd məktəbinin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Səidə Quliyeva və həmin məktəbin şagirdləri, şairə Şərqiyyə Süleymanlı, Xətai rayon 64 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər.
Xətai rayon MKS-nin baş kitabxanaçısı Ağgül Mərdanova ilk öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qüdrətli ədib, dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamı səsləndirdi.
Daha sonra Cəfər Cabbarlı ev muzeyinin direktoru Qəmər Bağırova tədbiri təşkil edənlərə öz minnətdarlığı bildirdi və qeyd etdi ki, ən yeni dövr Azərbaycan dramaturgiyasının banisi olan Cəfər Cabbarlı zəngin yaradıcılıq yolu keçmişdir. O, şair, dramaturq, nasir, publisist, tərcüməçi və teatr xadimi idi. Azərbaycan ədəbiyyatının yeni istiqamət alması bu böyük sənətkarın, ədəbiyyat və teatr fədaisinin adı ilə bağlıdır.
Sonra Cəbrayıl rayon Mərcanlı kənd məktəbinin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Səidə Quliyeva müasir ədəbi-bədii dilimizin formalaşmasında Cəfər Cabbarlı yaradıcılığının mühüm rolundan danışdı.
Şairə Şərqiyyə Süleymanlı isə çıxış edərək vurğuladı ki, Cəfər Cabbarlı bir şair kimi həm lirik, həm də satirik şeirlər yaratmışdır. Azərbaycan ədəbiyyatında ana mövzusunda həsr olunmuş ən qiymətli şeirlərdən biri olan bu əsərdə anaya sevgi, ana itkisinin doğurduğu acılar bədii dildə ifadə edilmişdir.
Sonra xalq artisti Alim Qasımovun ifasında «Ana» mahnısı video-çarxda nümayiş olundu.
Tədbir zamanı məktəblilər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlı yaradıcılığından nümunələr söylədilər.
Sonda çıxış edən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova tədbirə gələn qonaqlara öz təşəkkürünü bildirdi və söylədi ki, Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. O, M.F.Axundzadə ilə başlanan milli dramaturgiyanın sadəcə davamçısı, varisi olmamış, eyni zamanda onu inkişaf etdirib zənginləşdirərək yeni mərhələyə yüsəltmişdirir.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Foto Qalereya