Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
10 İyul , 2019
İyulun 9-da Bakı Şəhər Mədəniyyət İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Kitab ətri” layihəsinin növbəti tədbiri keçirildi.
Tədbirdə Xətai rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin oxucuları və Cığır İctimai Birliyinin üzvləri iştirak etdilər. Onlar yay tətili zamanı oxuduqları kitablar haqqında danışdılar, fikir mübadiləsi aparıb, müzakirələr etdilər.
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsinin müdiri Şahnaz Cəlilova oxuculara öz tövsiyyələrini verdi, mütaliyə etməyin faydalarından danışdı və qeyd etdi ki, kitab insanda elm və dünyagörüşünü inkişaf etdirməklə yanaşı həm də onunla həyatı boyunca bir dost olaraq qalır.
Foto Qalereya