Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
17 İyul , 2019
İyulun 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai MKS-nin Mərkəzi Kitabxanasında isdedadlı şairə, yazar Nazilə Gültacın “Sevgi yağmur”u kitabının təqdimatı keçirildi.
Görüşdə Xətai rayon MKS-nin əməkdaşları, oxucuları və şairənin qələm dostları iştirak etdilər.
Tədbiri AYB-nin üzvü Əzizə Ağahüseynqızı açaraq, şairə-həkim Nazilə Gültacın həyat və yaradıcılığından söz açdı.
Daha sonra çıxış edən natiqlər Nazilə Gültacın Azərbaycan və türk poezyasına bəxş etdiyi əsərlərdən danışmış, bu əsərlərin gənclər tərəfindən sevilə-sevilə oxunduğunu bildirmişlər, eləcə də şairə ilə bağlı yadda qalan xatirələrini söylədiər. Sonra qeyd olundu ki, şairə Nazilə Gültacın poezyasının ozünə məxsus dəsti xətti var.
Tədbirin sonunda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova şairənin yenicə işıq üzü görmüş “Sevgi yağmuru” kitabı haqqında danışdı və ona yaradıcılıq uğurları arzuladı
Gözəl ürəkli, gözəl şeirlər müəllifi həkim- şairə Nazilə Gültacla oxucularının, qələm dostlarının görüşü yadda qalan oldu.
Foto Qalereya