Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
26 İyul , 2019
Tarixi
Çay evi Azərbaycan SSR KP MK-nın Ağdam Rayon Partiya Komitəsinin I katibi Sadıq Murtuzayevin zamanında akademik Xudu Məmmədovun ideyası əsasında yaranıb."Çay evi" layihəsinin baş memarı Naiq Səmədov idi. Layihədə hörgü işləri yalnız birinci mərtəbədə idi.Qalan hissələr dəmir konstruksiyadan ibarət idi."Çay evi"nin yerini isə Xudu Məmmədovla birgə müzakirədən sonra məscidin yanında tikmək qərara alındı.İnşaat xərclərini azaltmaq üçün azadlıqdan mərhum edilmiş şəxslərin əməyindən istifadə edilmişdi.
"Çay evi"nin ortasında iri diametrli boru qalxırdı.Hər tərəfdə kiçik həcmli borular konstruksiyalarla bir-birinə birləşirdi.Mərtəbələr arası arakəsmələr taxtadan idi.Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi.Hər mərtəbədə dörd qapı nəzərdə tutulmuşdu. Yuxarı mərtəbələr məscidə baxan tərəfdə dairəvi şəkildə quraşdırılmış pilləkənlə qalxmaq olardı. "Çay evi"nin tikintisi zamanı yüz tona yaxın metal konstruksiyadan istifadə edilmişdi."Çay evi"nin günbəzi sinkləşdirilmiş dəmirlə vurulub.