Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
1 Avqust , 2019
Avqustun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 1 Avqust Azərbaycan dili və Əlfbası Günü ilə əlaqədar “Ana dili xalqımızın mənəvi beşiyidir” adlı tədbir təşkil olundu.
Tədbirdə “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, yazıçı-publisist, tərcüməçi, ehtiyatda olan hərbçi Azər Hacıbəyli, “Həkəri” qəzetinin baş redaktoru, şair Rauf İlyasoğlu, şairə Mərcan Şahbuzlu, KİV nümayəndələri, Bakı şəhər kitabxanalarının əməkdaşları iştirak etdilər.
Tədbirdən öncə iştirakçılara Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili və Azərbaycan əlifbası haqqında fikirlərindən ibarət stend – plakat sərgi nümayiş olundu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova qonaqları salamlayaraq hər kəsi 1 Avqust Azərbaycan dili və Əlfbası Günü münasibətilə təbrik etdi və söylədi ki, Azərbaycan dilinin dövlət dili statusu qazanması qürur gətirən tarixi hadisədir:
Daha sonra çıxış edən yazıçı-publisist, tərcüməçi, ehtiyatda olan hərbçi Azər Hacıbəyli Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının əhəmiyyətindən danışdı. Və bildirdi ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, Ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Sonra şairə Mərcan Şahbuzlu Müstəqillik illərində Azərbaycan dilinin inkişafına dövlətin qayğısı haqqında məruzə etdi. O, qeyd etdi ki, dil, ana, vətən sözləri bir-biri ilə bağlıdır: "Ana dili vətən dilidir, bizim ana dilimizin tarixi qədimdir. Azərbaycan dili dünyanın ən qədim və ən zəngin dilləri sırasındadır. Dilimizin ən bariz nümunəsi "Kitabi Dədə Qorqud"dur".
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva çıxış edərək, bildirdi ki. “Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən Ümummilli Lider Heydər Əliyevə minnətdar olmalıyıq.
Daha sonra çıxış edən natiqlər çıxışlarında bu cür tədbirlərin keçirilməsində məqsəd doğma ana dilimizin gözəlliklərini, ahəngliyini, rəngarəngliyini gələcək nəsilə sevdirmək və tərənnüm etdirmək olduğunu söylədilər.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Foto Qalereya